Bidzina İvanişvili Milli Muzeyə bağışlamaq üçün nadir əlyazmanı satın alıb

11:00 12.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bidzina İvanişvili “Christie’s” hərracında Milli Muzeyə veriləcək İoane-Zosimenin nadir əlyazma kitabını satın alıb.

Hafta.az-ın yazdığına görə, bu haqda “Gürcü Arzusu”nun Kommunikasiya Şöbəsinin rəhbəri Georgi Qrdzelişvili sosial şəbəkədə yazır.

“Daha bir tarixi xeyriyə və ölkə üçün zəruri iş! Bidzina İvanişvili “Christie’s” hərracında İoane-Zosimenin Sinay dağı kolleksiyasından (V-VII əsrlər) aramey və gürcü dillərində olan əlyazmasını 1 milyon funt-sterlinqə alıb. Nadir əlyazma Milli Muzeyə hədiyyə ediləcək”, - Qrdzelişvili tərəfindən yayılmış məlumatda qeyd olunub.

Hərracda Sinay dağı kolleksiyasından aramey və gürcü dillərində olan gürcü əlyazması təqdim olunmuşdu. Mətnin bir hissəsi rahib İoane-Zosimen tərəfindən köçürülüb və onun qiyməti 1 milyon – 1,5 milyon funt sterlinq olub. Əlyazma xristian Fələstinin aramey dilində tərtib edilmiş ən mühüm fraqmentlərdən biridir. Melkian xristian icması Qərbi Aramey ləhcəsindən V-VIII əsrlərdə Fələstində və Trans-İordaniyada istifadə edirdi. Yalnız bir neçə yazı (kitabə), palimpsestlərdə (səhifələri yuyulduqdan sonra təkrar yazı materialı kimi istifadə edilmiş əlyazmalar) və əlyazmalarda qorunub saxlanılır. Əlyazma İncilin ən qədim mətnlərini aramey dilinin ən yaxın dialektində – İsanın ləhcəsində ehtiva edir.

Palimpsest məşhur xəttat, müəllif, tərcüməçi və cildçəkən, rahib İoane-Zosimen tərəfindən köçürülüb. Gürcü mətni ilə yazılıb və X əsrin Sinayın Müqəddəs Yekaterina monastırında qorunub saxlanılıb.

Oxunma sayı 287