2024-cü ildə ən çox qazanan idmançılar

10:28 21.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2024-cü ildə ən çox qazanan idmançıların siyahısı açıqlanıb.

Hafta.az-ın “Forbes”ə istinadən yazdığına görə, bu siyahıya futbol, ​​basketbol, ​​qolf və Amerika futbolu kimi müxtəlif idman növlərindən dünyanın aparıcı adları daxildir.

Siyahı üzrə ilk onluğa düşən idmançılar bunlardır:

1. Kriştiano Ronaldo (Portuqaliya) 260 milyon dollar, 2. Con Rahm (İspaniya) 218 milyon dollar, 3. Lionel Messi (Argentina) 135 milyon dollar, 4. LeBron Ceyms (ABŞ) 128,2 milyon dollar, 5. Cannis Antetokounmpo (Yunanıstan) 111 milyon dollar, 6. Kilian Mbappe (Fransa) 110 milyon dollar, 7. Neymar (Braziliya) 108 milyon dollar, 8. Kərim Benzema (Fransa) 106 milyon dollar, 9. Stiven Karri (ABŞ) 102 milyon dollar, 10. Lamar Cekson (ABŞ) 100,5 milyon dollar, 11. Co Burrou (ABŞ) 100 milyon dollar, 12. Kevin Durant (ABŞ) 93,3 milyon dollar.

Oxunma sayı 459