İsmayıl Haniyənin Tehranda öldürüldüyü bina

09:15 02.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, İranın paytaxtı Tehranda baş verən məlum hücumda Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb. Bildirilib ki, hadisə baş verən yer veteranlar üçün hazırlanmış reabilitasiya mərkəzində iqamətgah olub.

Hafta.az-ın yazdığına görə, “The New York Times” qəzeti hadisə yerindən olduğunu iddia edən fotolar dərc edib. Fotolarda binanın bir hissəsinin yaşıl brezentlə örtüldüyü görünür.

Qəzet şəkillərin İran İnqilab Keşikçiləri Korpusuna bağlı Telegram hesablarından dərc edildiyini açıqlayıb. O, iddia edib ki, İran rəsmisi fotoları təsdiqləyib.

Fotonun Tehranın şimalındakı Zəfəraniyyə rayonundakı altı mərtəbəli binaya aid olduğu bildirilib. Binanın veteranlar üçün hazırlanmış mərkəzdə yerləşdiyi iddia edilir.

Binanın dövlət mərasimləri üçün istifadə edilən Sədabad sarayı ilə bitişik olduğu da deyilir.