“Bilik günü” münasibətilə Qaradağ məktəblərində tədbirlər keçirilib

15:21 16.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Bilik günü” münasibətilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilib. Qaradağ Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri də həmin tərdbirlərdə iştirak ediblər.

Hafta.az yazır ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Faiq Rəfiyev adına 166 nömrəli tam orta məktəbində keçirilən “Bilik Günü” mərasimində iştirak edib. Rayon rəhbərliyinin iştirakı ilə keçriilən tədbirdə öncə Azərbaycanın dövlət himni səsləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov məktəb kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, şagirdlərə hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayan başçı əlavə edib ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə davam etdirilir, bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər qazanmasına və nəhayət Azərbaycanın sürətli inkişafında əsaslı baza rolunu oynayır. "Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır", - başçı deyib.

Qeyd edilib ki, 2018-2019-cu tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi 1218 nəfər şagird bitirib, 3397 nəfər isə birinci sinifə qeydiyyatdan keçib, məzunlardan ali təhsil ocaqlarına sənəd verən 929 nəfərdən 585-i ali məktəblərə qəbul olunub. Bu da sənəd verənlərin 63 faizini təşkil edir. Rayon üzrə 18 nəfər məzun 600-dən yuxarı bal toplayıb.

Məktəbin direktoru Şəmsi Qocayev bildirib ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir.

Ş.Qocayev qeyd edib ki, 166 saylı tam orta məktəbdən məzun olmuş 59 nəfər şagirddən 37 nəfəri “tələbə” adını qazanmış, onlardan 3 nəfər məzun 600 baldan yuxarı nəticə göstərib.

Milli Qəhrəman Faiq Rəfiyevin həyat yoldaşı Rəhilə Rəfiyeva çıxış edərək pedaqoji kollektivi, şagirdləri və valideynləri bilik günü ilə əlaqədar təbrik edib, nəvəsi Maya Həsənlinin də sıralarında olduğu birincilərə uğurlar diləyib.

“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə start verilib.