Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

23:57 18.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə Lənkəran Boradigah yolunda baş verib.

Astara rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Rauf İdris oğlu idarə etdiyi "Mercedes" markalı 07 BX 184 dövlət nömrə nişanlı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Lənkəran şəhər sakini 1952-ci il təvəllüdlü Babayev Şəmsəddin Riyahi oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Ş.Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.