“Fədakarlığınıza görə çox sağ olun!” - Mehriban Əliyeva

11:44 20.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 sentyabr tarixi ilə bağlı neftçiləri peşə bayramı münasibətilə təbrik edib.

Hafta.az-ın xəbərinə görə, təbrik mətni M.Əliyevanın "Instagram" səhifəsində paylaşılıb.

Həmin mətni təqdim edirik: 

“İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

Siyasət rubrikasından digər xəbərlər