İraq türkmənlərinin mənəvi atası Riyaz Sarıkahya yenidən sədr seçilib

21:26 24.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraq türkmənlərinin siyasi düşüncə mərkəzi sayılan Türkməneli Partiyasının VI qurultayı keçiirlib.

Partiyadan Hafta.az-a verilən məlumata görə, qurultayda İraq hökumətinə bağlı seçki dairəsinin rəsmiləri, Türkməneli Partiyasının Kərkük, Mosul, Təlafər, Tuz Hurmatu, eləcə də Ərbil bölgəsindəki şöbələrinin nümayəndələri – təxminən 400 nəfərə yaxın təmsilçi iştirak edib. Kərkük şəhərində keçirilən qurultayda ilk olaraq Türkməneli Partiyasının sədri seçilib. Başqa namizəd qeydə alınmadığı üçün partiyanın əvvəlki sədri Riyaz Sarıkahya yenidən sədr postuna təsdiqlənib.

Qeyd edək ki, İraqdan aldığımız məlumatda Riyaz Sarıkahyanın siyasi müstəvidə şəriksiz lider, mənəvi baxımdan da millət atası olduğunu nəzərə alan türkmən siyasətçilərdən heç kim haqlı olaraq sədrliyə namizədliyini irəli sürməyib.

Qurultayda Türkməneli Partiyasının siyasi nizamnaməsinə də dəyişiklik edilib. Qərara alınıb ki, partiya indiyədək mövcud olduğu təsir əhatəsini genişləndirməli, yuxarıda qeyd olunan şəhərlərlə yanaşı, əlavə bölgələrdə də təşkilatlanmalı, yeni şəhərlərdə öz şöbələrini təsis etməlidir. Bundan əlavə, İdarə Heyətinin üzvləri də seçilib. Əvvəl altı nəfərdən ibarət olan heyət üzvlərinin sayı doqquza qaldırılıb.

Siyasət rubrikasından digər xəbərlər