"Azərbaycanda sələmçiliyin ən geniş yayıldığı yer Pirallahıdır" - PROBLEM

12:17 25.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Prezidentin müvafiq fərmanı ilə ölkədə problemli kreditlər öz həllini tapmış oldu. Banklar kompensasiya və restrukturizasiya prosesini ləngitmədən həll edə bildilər. Lakin hələ də öz həllini tapmayan problemlərdən biri sələmçilik məsələsidir. Bir çox hallarda ortaya çıxır ki, vətəndaşlarla sələmçilər arasında anlaşılmazlıq var, məhkəmələrdə bu üzrə yüzlərlə işlər həllini tapmayaraq, passiv şəkildə dayanıb. Bəs qanunda bu kimi hallar necə tənzimlənir?

Mövzu ilə bağlı hafta-az-ın sualını cavablayan bank məsələləri üzrə ekspert Əkrəm Həsəov dedi ki, Azərbaycan qanunvericiliyi heç kəsə faizlə, sələmlə pul verməyi qadağan etmir:

“Hər kəs bunu verə bilər. Sadəcə iki şərtə riayyət olunmalıdır:  Birincisi əldə edilən faiz gəlirindən vergi verməlidir. Məlumdur ki, heç bir sələmçi Azərbaycanda əldə etdiyi gəlirdən vergi vermir. İkincisi sələmçi öz pulunu verməlidir. Sələmçi gedib başqasından və ya bankdan b pul götürüb verə bilməz. Bu artıq düzgün deyil. Bank öz pulunu vermir. Bank əmanətçilərdən pul cəlb edir. Başqalarına pul verir. Bankların üzərində ona görə nəzarət lazımdır. Səlimçilər bundan istifadə edirlər. Gedir bankdan aşağı faizlə pul götürür, şəxslərə yüksək faizlə verir. Bu birbaşa qanunsuz sahibkarlıqdır. Onu da deyim ki, beş il bundan əvvəl Alman professoru Piterlə qanun layihəsi hazırlamışdıq. Mülki məcəlləyə dəyişiklik lazım idi. Biz ora daxil etmişdik ki, mülki şəxslər yalnız il ərzində əldə etdiklərin gəlirin yalnız əlli faizini sələmə verə bilərlər. Təəssüf ki, həmin qanun layihəsi hələ də qəbul edilməyib. Buna görə də qanunda olan boşluqlardan da sələmçilər  istifadə edirlər. Bir çox hallarda sələmçilər guya pulu sələmə verməyiblər. Başqa cür rəsimləşdirirlər. Yəni vətəndaş 1000 manat istəyirsə Sələmçi ona deyir ki, sən mənə bir ildən sonra 2000 manat verəcəksən. Bunun üçün notariusa gedirik, və orada sən göstərirsən ki, mən 2000 manat almışam. Belə olan halda sabah nəyisə sübut etmək olmur. Burada bir sıra qurumların da günahı var. Azərbaycanda bu gün sələmçilərə qarşı məhkəmə prosesləri aparılır. Heç bir hakimdə sual yaranmır ki, bəs sən on nəfərə faizsiz pul vermisən, onlarla işin məhkəmədədir. Sən axı xeyriyyə fondu deyilsən...Təəssüf ki, məhkəmələr bunu araşdırmırlar. Sələmçilərin gəlirləri, bankların gəlirlərində çoxdur. Azərbaycanda sələmçiliyin ən geniş yarandığı yer Pirallahıdır”.

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədova görə isə, bu kimi proses əvvəllər daha çox var idi. Qeyri-rəsmi pul vermələr etibar üzərində qurulurdu. Yüksək faizlə verilirdi. Sonradan alan tərəf dələduz çıxırdı, ya ödəmək qabiliyyətini itirirdi. Bunun nəticəsində əks tərəf zərər çəkirdi. Hansısa əlyazmalar əldə edib, imzalar atıb vətəndaşların etibarından istifadə edənlər çoxdur. Yəni notariusda belə təsdiq etdirirlər, amma faizi göstərmirlər. Çünki faiz göstərilərsə, mütləq gəlir vergisi verməlidir. Məhkəmlər də bu məsələdə çox çətinlik çəkirlər. Sübutlar kifayət qədər olmadığı üçün hakimlər də əziyyət çəkirlər. Yaxşı olar ki, hər şey hüquq müstəvisində olsun. Etibarnamə ilə verilən daşınan və daşınmaz əmlak da var, çox ciddi problemlərə gətirib çıxarır. Burada ciddi araşdırma aparılmalıdır, məsələ kökündən həll edilməlidir. Bütövlükdə həll etmək çətindir. Bu kimi hallar bütün dünyada mövcuddur”.  

Sosial rubrikasından digər xəbərlər