Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 25 nəfərə çatıb - YENİLƏNİB

16:38 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyada güclü “Haqibis” qasırğası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Qasırğa nəticəsində 10 nəfər itkin düşüb, 156-a qədər şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.

***13:25

Yaponiyada güclü “Haqibis” qasırğası nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Qasırğa nəticəsində 16 nəfər itkin düşüb, 150-yə qədər şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.

***10:00

Yaponiyada güclü “Hagibis” tayfunu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Hafta.az RİA Novosti-yə istinadən xəbər verir ki, son məlumatlara görə, azı 16 nəfər itkin düşüb, təxminən 125 nəfər yaralanıb. Eyni zamanda, bəzi Yaponiya xəbər agentlikləri 22 nəfərin itkin düşdüyünü, təxminən 150 nəfərin yaralandığını bildirir.

Yaponiyanın Baş naziri Abe tayfun qurbanlarının ailələrinə başsağlığı verib.

"Hagibis" tayfunu Yaponiyanın daha çox İzu yarımadasının ərazisindəki Honşu adasına ziyan vurub. Tayfunun mərkəzindəki təzyiq 945 hektopaskal, küləyin sürəti saniyədə 45 metrə çatır. Atmosfer təzyiqi isə 65-dir.

Paytaxt Tokioda küləyin sürəti saniyədə 41,5 metrə çatıb. Bu sürət yük maşınını çevirmək, ağacları və elektrik ötürücülərinin dirəklərini yıxmaq üçün kifayət edir.