Misirdəki diaspor mərkəzimiz Müstəqillik Günü münasibətilə müsabiqə keçirib

20:15 15.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin mərkəzində 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirlib.

Hafta.az yazır ki, tədbirdə Misirdə yaşayan azərbaycanlı ailələr və bu ölkənin mötəbər universitetlərinin tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən diaspor sədri, tədqiqatçı-alim Seymur Nəsirov 18 Oktiyabr Müstəqillik günü haqqında, Misirlə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını diqqətə çatdırıb. S.Nəsirov Azərbaycan həqiqətlərindən danışarkən, Xocalıda törədilən soyqırımından da geniş söhbət açıb, faciənin dünyanın bir çox ölkələri tərəfindən qəbul olunduğunu qeyd edib.

Sonra Helvan Universitetin doktoru Usəmə Əbdurrəhman çıxış edərək, Azərbaycanla Misirin dost ölkə olduqlarını və bu münasibətlərin gündən-günə daha da möhkəmləndiyini vurğulayıb.

Daha sonra Müstəqllik günü münasibətilə diaspor mərkəzinin təşkil etdiyi, Misirin ən mötəbər ali təhsil mərkəzləri olan Əl-Əzhər, Qahirə, Ayn Şəms, İskəndəriyyə və Mansura universitetlərinin tələbələri arasında "Azərbaycan tarixi və onun dahi şəxsiyyətləri" mövzusunda keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb, iştirakçılara diplomlar təqdim olunub.

Tədbir, diaspor mərkzində Azərbaycan dilini öyrənən tələbələrin bu dildə çıxışları ilə yekünlaşıb.