Erməni mahnısı səsləndirib video paylaşan şəxslər saxlanıldı - VİDEO

11:10 06.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxslər saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb. Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatları öyrənilir.