"Ucuz dərmanların çoxu Rusiya istehsalıdır"- Ekspert

16:43 06.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Vətəndaşlar hələ də həkimlərin onlara firma dərmanları yazmasından gileylənirlər. Bildiyimiz kimi, bir çox klinikalarda həkimlər öz müqavilə bağladıqları şirkətlərin dərmanlarını xəstələrinə yazırlar. Bu isə vətəndaşın maddi vəziyyəti ilə tərsmütənasibdir. Bəs belə halların qarşısının alınması üçün səhiyyədə hansı addımlar atılmalıdır?

Hafta.az-a mövzunun şərh edən tibb eksperti, professor Adil Qeybulla hesab edir ki, Azərbaycanın dərman bazarı xaotik durumdadır. Ekspertin sözlərinə görə, dərmanların idxalında gömrük xərcləri də xeyli bahalaşıb:

“Dərmanların qiyməti də onun keyfiyyətinə uyğundur. Ucuz dərmanların çoxu Rusiya istehsalıdır. Onların da aşağı keyfiyyətli olması qaçılmazdır. Dərmanların qiyməti hazırkı durumla, yəni, insanların maddi durumu ilə müqayisədə bahadır. Hesab edirəm ki, bu durumdan çıxmağın optimal yolu tibbi sığortanın tətbiqidir. Ən azı əhaliyi sığorta paketinə daxil olan dərmanları ucuz qiymətə, bahalı dərmanları da güzəştlə əldə edə bilməlidir. Bu gün dərmanların bir çoxu dövlət tərəfindən verilir. Dərmanların alışı-satışında dövlət reystiri tətbiq edilsə, ictimaiyyətə sabit qiymətlər məlum olsa, problem yaranmaz. Bu sahədə islahatların aparılmaması məsələni qəlizləşdirir. Problemi adminstrativ yolla da həll etmək olmaz. Belə hallar var, qanunda boşluğun olması vəziyyəti də qəlizləşdirir. İndiki şəraitdə tibbi sığortanin tamamilə tətbiqi lazımdır”.

 

Sosial rubrikasından digər xəbərlər