Zəlzələ İranın şimalını titrətdi: ölən və yaralananlar var

10:07 08.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın şimal-qərbində zəlzələ baş verib.

Hafta.az yazır ki, bu barədə məlumatı Tehran Universitetinin Seysmologiya Mərkəzi yayıb. Mərkəzin məlumatına görə, zəlzələnin episentri Şərqi Azərbaycan əyalətinin Tərk şəhəri yaxınlığında qeydə alınıb. Rixter şkalası üzrə 5,9 bal gücündə olan zəlzələ yerli saatla 02.17-də baş verib. Zəlzələ ocağının yerin 8 kilometr dərinliyində yarandığı bildirilir.

İranın dövlət televiziyası zəlzələdə 6 nəfərin həlak olduğunu, 300-dən artıq adamın isə yaralandığını bildirib. Zəlzələ Gilan, Zəncan, Ərdəbil və Qəzvin əyalətlərində hiss edilib və müəyyən dağıntılar törədib.