Dənizkənarı Bulvar İdarəsi ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib

20:00 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dənizkənarı Bulvar İdarəsinin kollektivi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

İdarədən hafta.az-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra idarənin kollektivi Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyub.