Türkmən milli liderinin qardaşı vəfat etdi

09:30 10.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraq türkmənlərinin milli-mənəvi lideri, Türkməneli Partiyasının sədri Riyaz Sarıkahyaya ağır itki üz verib.

Hafta.az yazır ki, bu gün səhər saatlarında türkmən milli liderinin böyük qardaşı Yılmaz Sarıkahya dünyasını dəyişib.

Məlumata görə, Yılmaz Sarıkahya Ankarada yaşayırmış və orada da vəfat edib. Buna baxmayaraq mərhumun cənazəsi doğma torpağına - Kərkükə aparılaraq orada dəfn olunacaq.

"Həftə içi" qəzetinin kollektivi adından mərhumun yaxınlarına və bütün türkmən xalqına başsağlığı veririk.

Allah rəhmət eləsin! 

Siyasət rubrikasından digər xəbərlər