Polis gücləndirilmiş iş rejiminə keçib - piketə görə

14:33 12.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Müsavat Partiyasının bu gün saat 15:00-a təyin etdiyi icazəsiz piketi ilə əlaqədar olaraq Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Bakı meriyasının və "İçərişəhər" metrosunun həndəvəri, eləcə də "Sabir" bağının ətrafında polislərin barrikadaları qurulub. Ərazinin təhlükəsizliyi nəzarət altındadır.

Bundan başqa, jurnalistlərin fəaliyyəti üçün ayrıca məkanlar müəyyənləşdirlib. Mülki və xidməti geyimdə olan polis əməkdaşları artıq ərazidə iş başındadır. Bəzi "Müsavat" üzvlərindən əldə etdiyimiz məlumata görə, artıq partiyanın başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb.

Siyasət rubrikasından digər xəbərlər