Yeni ombudsman kim olacaq? - Namizədlərin adları

13:29 19.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

 Yaxın günlərdə Azərbaycanın yeni ombdsmanın adına aydınlıq gətiriləcək. Namizədlərin hər üçünün xanım millət vəkili olduğu bildirilir. Bu barədə hafta.az-a adının açıqlanmasını istəməyən etibarlı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, ombudsman Elmira Süleymanovun istefa ərizəsinə, eləcə də yeni insan hüquqları üzrə müvəkkilin adına aydınlıq gətiriləcəyi gözlənilsə də, məsələ Milli Məclisin bu günkü iclasın gündəliyinə daxil edilməyib. Qısa müddətə ertələnib.

Verilən məlumata görə yeni insan haqları üzrə müvəkkilliyinə namizədlərin sayı dörddür. Hələlik onlardan üçünün adı məlumdur. Bunlar Milli Məclisin xanım deputatları Bahar Muradova, Məlahət İbrahimqızı və Sevinc Fətəliyevadır. Dördüncü xanım namizədin adı isə hələlik gizli tutulur. Mənbənin verdiyi məlumata görə namizədlər arasında əsas rəqabət illərin təcrübəli siyasətçisi Bahar Muradova ilə gənc və çevik siyasətçi Sevinc Fətəliyeva arasında olacaq. Ölkədə aparılan kadr və struktur islahatlarında gəncləşdirmə siyasətinin əsas götürlməsi Sevinc Fətəliyevanın şanslarının daha yüksək olmasına gətirib çıxara bilər. Mənbənin ötürdüyü məlumatda belə qeyd olunur. Qeyd edək ki, hazırkı insan haqları üzrə müvəkkil Elmira Süleymanovanın bir müddət əvvəl istefa ərizəsi yazdığı açıqlanmışdı.

Gündəm rubrikasından digər xəbərlər