“Məhəbbət quşları” kitabının imza günü keçiriləcək

13:21 03.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 4-ü, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda  yazar Günel Natiqin “Məhəbbət quşları” kitabının imza günü keçiriləcək.

Hafta.az xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı hekayələr yer alıb. Hekayələrin mayası, mənası həyatın içindən gəlir. Yazar cəmiyyətdə baş verənlərə, insan taleyinə, həyata biganə olmadığını bu kitabda qeyd edib.

Qeyd edək ki, “Mütərcim” nəşriyyatında çap olunan kitabın redaktoru Rahil Tahirlidir.

Gallery

 

Sosial rubrikasından digər xəbərlər