İlham Əliyev Keniya Prezidentini təbrik edib

17:47 10.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".