Tanınmış həkim deputat olmaq istəyir

16:05 11.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Tanınmış həkim Vasif İsmayıl növbədənkənar parlament seçkilərinə qatılacaq.

Hafta.az xəbər verir ki, o, öz sösial hesabında bu barədə bildirib.

"Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən 9 Fevralda keçiriləcək Milli Məclis seçkilərinə namizədliyimi vermək qərarına gəldim. Sumqayıt mənim doğma şəhərimdir. Orada doğulmuşam, orada oxumuşam, boya-başa çatmışam. Bizim evimiz 10-cu mikrorayonda yerləşir. 41-ci seçki dairəsi mənə niyə yaxındır? Mənim ilk müəlliməm, məni savada qovuşduran Lilpar müəllimə orada yaşayır. Sumqayıt 41-ci seçki dairəsinin 1-ci və 2-ci məntəqələrinin yerləşdiyi 28 nömrəli məktəbə turnikdə məşq eləməyə gedirdik. Uşaqlıq dostum Sahib və Mahir ilə oranın stadionunda çox qaçmağa getmişəm. Sumqayıt 41-ci seçki dairəsinin 3-cü , 4-cü və 5-ci məntəqələrinin yerləşdiyi 24 nömrəli məktəbdə mən oxuma-yazma öyrənmişəm. Sumqayıt 41-ci seçki dairəsinin 6-cı və 7-ci məntəqələrinin yerləşdiyi 21 nömrəli məktəbdə təhsil və axırda atestat almışam. Sumqayıt 41-ci seçki dairəsinin 8-ci məntəqəsinin yerləşdiyi 52 saylı uşaq baxçasında Səbinə müəllimənin sinifində olmuşam. Bu gün də ata evim bu dairənin hüdudlarındadır. Sumqayıt uşağıyam. Sumqayıtlılarla birlikdəyəm!"

Siyasət rubrikasından digər xəbərlər