Şəkidə baş vermiş hadisədə xəsarət alanların 4-ü helikopterlə Bakıya gətirilib - YENİLƏNİB-VİDEO

18:48 14.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan İlkin Məmmədov (ağır dərəcəli kəllə-beyin travması, sağ ayağın sınığı), Sara Hasan (sağ bud sümüyünün qapalı travması), Farik Həsən, Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı), helikopterlə KTM-ə göndəriliblər. 

Hafta.az xəbər verir ki, digər xəsarət alan Elxan Məmmədov (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, Bakıdan FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyininin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492-55-40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498-78-46 saylı qaynar xətt əlaqə mərkəzləriyaradılıb.

***

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların 4-ü helikopterlə Bakıya göndərilir. 

Hafta.az xəbər verir ki, onların 3-ü Suriya vətəndaşları - bir alənin üzvləridir. Biri isə Azərbaycan vətəndaşıdır. Daha bir yaralının isə müalicəsi Şəki şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

Xəbər verdiyimiz kimi, Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağı qırılaraq düşüb. Nəticədə, 2 nəfər xəsarət alıb. 

Hafta.az hadisə yerindən çəkilmiş videoları təqdim edir: 

***

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində 2 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən hafta.az-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.

Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

Sarayın həyətində olan Xan Çinarı 1530-cu ildə əkilib.