Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı

13:20 08.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub. 

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolununda baş verən yol qəzasında İsmayıllının Diyallı kənd sakini 1995-cı il təvəllüdlü Abışov Ramal Əliyusif oğlu hadisə yerində ölüb. Qəza nəticəsində İsmayıllı rayon sakinləri - 1977-ci il təvəllüdlü Süleymanov Ramil Məhəmmədağa oğlu, 1982-ci il təvəllüdlü Süleymanov Mehman Eyvaz oğlu, 1982-ci il təvəllüdlü İsmayılov İlkin İkram oğlu müxtəlif növ bədən xəsarətləri alaraq, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə barədə eşidən yaralılardan birinin qohumu 1965-cı il təvəllüdlü Nağıyev Rəhman Surxay oğlu hadisə zamanı oğlunun öldüyünü zənn edib. Ürək xəstəsi olan R. Nağıyevin səhhəti pisləşib və qəfildən ölüb.