Oğurluq edən tutuquşu həbs olundu

22:53 30.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hollandiyanın Utrext şəhərində polis oğrunu tutuquşusu ilə birlikdə həbs edib.

Modern.azxəbər verir ki, polis sentyabrın 26-da mağazadan oğurluqla bağlı məlumat aldığını söyləyib.

Onlar oğrunu yerindəcə həbs etməyə nail olublar. Cinayətkarın çiynində tutuquşusu da olub.

Oğru və tutuquşu təcridxanaya aparıldıqda hüquq-mühafizə orqanlarının əməkdaşları quş üçün nə qəfəs, nə də boş bir otaq olmadığını etiraf ediblər. Yaxalanan şəxslə görüşdən sonra tutuquşunu sahibinin yanına qoyublar.

Quş üçün su və ağ çörək gətirilib.

Oxunma sayı 30