Oğuzda 5 otaqlı inzibati bina yanıb

10:28 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunun Filfilli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən hafta.az-a məlumat verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.