Oğuzda 82 yaşlı qadın yanaraq öldü 

10:25 28.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuzda fərdi yaşayış evində yanğın baş verib.

 

Hafta.az xəbər verir ki, yanğın bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

 

Belə ki, hadisə zamanı 1940-cı il təvəllüdlü Həcər Yusif qızı Əhmədova yanaraq ölüb.

 

Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 120