Oğuzda hazırlıqdan evə qayıdan azyaşlını maşın vurub

20:18 05.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuzda məktəbdən çıxıb evə gedən 5 yaşlı uşağı avtomobil vurub.

Hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu, Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd məktəbinin hazırlıq sinfində oxuyan, 2014-cü il təvəllüdlü Rəşad Rüstəm oğlu Məzahirov anası ilə birlikdən məktəbdən çıxıb evə gedərkən “Opel” markalı minik avtomobili azyaşlını vurub. R. Məzahirov avtomobilin sürücüsü tərəfindən dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Oğuz RMX-da R. Məzahirova lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə üçün Qəbələ Rayon Diaqnostika Mərkəzinə göndərilib.  

Faktla bağlı araşdırma aparılır.