Ölkə vətəndaşları Prezidentin Fərmanına dəstək kampaniyasına qoşuldu

11:04 21.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılması haqqında fərman imzalayıb və ilkin olaraq Azərbaycan Prezidentinin ehtiyyat fondundan 20 milyon manat vəsait ayırıb.

Mən Məmmədova Lalə Teymur qızı Prezident İlham Əliyevin bu addımını təqdirə layiq hesab edir və dövlətimizin həyata keçirdiyi bütün tədbirləri yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm. Hörmətli Prezidentimizin bu fərmanı böyük tarixi əhəmiyyət kəsb edir və onun Azərbaycan vətəndaşlarının sağlamlığının, təhlükəsizliyinin qayğısına qaldığını, hər bir vətəndaşın taleyindən narahat olduğunu göstərir.

Böyük məmnuniyyət hissi ilə cənab Prezidentin bu çağırışına qoşuluram və bunu özümə bir vətəndaşlıq borcu hesab edirəm. Fondun bank hesabı açıldığı zaman həmin hesaba 1 aylıq maaş vəsaitimi köçürəcəyimi bildirirəm. Bununla yanaşı, bu mübarizədə fonda dəstək və yardım etmək üçün bütün dostlarımı, bütün təhsil həmkarlarımı, seçicilərimi,bütün qohumlarımı milli həmrəyliyə və bu virusa qarşı birgə mübarizədə birlik olmağa səsləyirəm. Az- çox demədən fonda dəstək olmaq hər kəs üçün bir ümiddir.

Düşünürəm ki, biz bu addımımızla əziz bildiklərimizi də müdafiə etmiş olacayıq. Vətəndaşların qayğısına son dərəcə qayğı və həssaslıqla yanaşan Möhtərəm Prezidentimizin ətrafında hər zaman güvənlə birləşmişik.

İnanıram ki, dövlətimizin koronavirusla mübarizədə həyata keçirdiyi qabaqlayıcı tədbirlər bu virusun ölkəmizdə geniş yayılmasının qarşısını alacaq və Azərbaycan dünyada yenidən günəş kimi bərq vuracaq!

Oxunma sayı 590
rubrikasından digər xəbərlər