Ölkədə koronavirusla mübarizə istiqamətində tədbirlər davam etdirilir - DİN 

12:44 21.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hafta.az-a bildirib ki, nəzarət məqsədilə koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə olunan şəxslər və onların ailə üzvləri ətrafında nəzarət profilaktik tədbirlər gücləndirilib. Ev şəraitində müalicə olunan şəxslərin ictimai yerlərdə - ictimai nəqliyyatda, metroda, avtobusda, mağazada, parklarda və digər ünvanlarda hərəkətini məhdudlaşdırmaq üçün əlavə olaraq, maarifləndirmə işinin təşkilinə xüsusi diqqət göstərilir.

Qeyd olunub ki, respublika ərzində polisin naryad qrupları tərəfindən ev şəraitində müalicə olunan şəxslər müxtəlif metod və üsullarla 24 saat diqqət mərkəzində saxlanılır.

Oxunma sayı 19