“Ölkəmizdə hökm sürən sabitlik xarici investorların cəlb olunmasına stimul yaradır” – Eldəniz Səlimov

09:57 12.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci, Qadınlar Qolunun 6-cı iclasının  keçirilməsi Azərbaycan dövlətinin dünya ölkələri arasındakı nüfuzundan xəbər verir”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib. Eldəniz Səlimov bildirib ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti və gender bərabərliyi bu gün də möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilərək daima diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, gənclər üçün bu cür beynəlxalq tədbirlərin keçirilməsi gənclərin gələcək inkişafı və dünya görüşü üçün mühüm əhəmiyyət kəsb edir: “Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünyanı Azərbaycana gətirməsi deməkdir. Ölkəmizə gələn qonaqlar ölkənin inkişafını, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşmasını, öz gözləri ilə görürlər. Ölkəmizdə hökm sürən sabitlik və stabillik xarici investorların cəlb olunmasına stimul yaradır, turizmin inkişafını sürətləndirir, dünya standartlarına uyğun istehsal olunmuş məhsulların Azərbaycan brendi adı ilə ixrac olunmasını sürətləndirir. Yeni Azərbaycan Partiyası gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bir sıra beynəlxalq layihələrə ev sahibliyi etməklə gənclərimizə böyük dəstək olur. YAP beynəlxalq əməkdaşlığa hər zaman üstünlük verərək ölkəmizi dünya miqyasında  daha da yaxşı tanınması və nüfuzunun artmasına xidmət edir”.

Siyasət rubrikasından digər xəbərlər