“Əslində artsaxdan insanların çoxu müharibə zamanı qaçıb. Anna Akopyan(baş nazir N.Paşinyanın xanımı-S.L.) da o vaxt artsaxda idi. amma onun nə üçün gəldiyini və hansı fəaliyyətlə məşğul olduğunu şərh edə bilmərəm”.
Hafta.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu İrəvanda etiraz aksiyası keçirən Qarabağdan köçmüş erməni Nahapet Sarkisyan bu gün, aprelin 21-də jurnalistlərlə söhbətində danışıb.
"Mən o vaxt döyüş mövqeyində idim... Bilirsiz kimlər qaçdı? Qara ciplərdə qaçdılar, deputat və nazir oğulları qaçdı. Mən hökumətə bəyan etmişəm ki, artsax xalqı döyüşməyib deyən adam ən azı yalan danışır. Vəzifəli artsaxlıların qaçdığını deyəndə isə deyirlər ki, niyə həqiqəti deyirsən?", - N.Sarkisyan jurnalistlərlə söhbətində belə deyib.