“Online” alış-verişə vergi tətbiq edilməlidirmi?- Ekspert rəyi

15:13 12.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Online” alış-veriş sisteminin əhatə dairəsi bütün ölklələrdə genişlənir. Həmçinin Azərbaycanda da internet xətti ilə mal alma və satma işlərini həyata keçirən şirkətlər var və artmaqdadır.

“PayPal”, “Google Wallet”, “Checkout By Amazon”, “Moneybooks”, “AliExpress” və s. kimi internet proqramlar da öz məşhurluğunu qoruyub saxlayır.

Araşdırmalardan məlum olur ki, bu kimi proqramlarla “online” sifarişlər edən şirkətlər heç də vergi ödəyiciləri deyillər. Sadəcə sifarişlər qəbul edərkən poçt xidmətlərinə kiçik məbləğdə çatdırılmaya görə rüsum ödəyirlər.

Bununla bağlı bir müddət öncə hazırda ləğv olunmuş Vergilər Nazirliyindən(indiki İqtisadiyyat Nazirliyi) bildirilmişdi ki, vətəndaşın xarici elektron dükanlardan aldığı hər hansı məhsula görə heç bir ƏDV tutulmur, ƏDV-nin tətbiqi yalnız xidmətlərə aiddir.

Elektron ticarət edən şəxsin VÖEN-i varsa və şəxsi məqsədlər üçün xidmət alacaqsa bu zaman 18% ƏDV ödəməli olacaq. Əgər, sahibkarlıq məqsədi üçün xidmət alacaqsa bu zaman, 10% ÖMV(Ödəmə mənbəyində tutulan vergi) + 18% ƏDV ödəməli olacaqlar.

İqtisadçı ekspert Vüqar Bayramov hafta.az-a açıqlamasında dedi ki, ölkə daxilində hər hansı mal sifariş edilirsə, ona vergi ödəməyə ehtiyac yoxdur: Çünki həmin məhsul satışa çıxarılan zaman qiymətinə əlavə dəyər vergisi daxil edilib. Elektron ticarətdə müəyyən məhsulların vergilərə cəlb olunması düzgün deyil. Bura elmi tədqiqatda istifadə olunan vəsaitlər, kitablar daxil edilə bilər. Məsələn, vətəndaş amazon.com-dan kitab sifariş verir, pulunu, daşıma və çatdırılma xərclərini ödəyir. Kitabın ölkəyə gətirildiyi zaman vergi də ödəməli olsa, belə bir vergitutmanın heç cür izahı yoxdur. Ümumiyyətlə, vergi tətbiq olunmayan məbləğin azaldılması məqbul deyil. İkincisi, əgər vergi tətbiqi qaçılmaz hesab olunacaqsa, müəyyən məhsullara və tədqiqatda istifadə edilən nəşrlər üçün vergisiz hissənin saxlanmasına ehtiyac var. Məsələn, ABŞ-da elektron ticarətdə vergi ümumiyyətlə tətbiq edilmir. Telefon sifariş verən zaman şirkət vergi ödəmir. Elektron ticarət satış vergisindən tam azaddır".