Onu zəhərlədiyini düşündüyü ərini GECƏ YATARKƏN YANDIRDI

17:10 10.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Viskonsin ştatında qəribə cinayət hadisəsi baş verib. Tuhonsty Marie Smith adlı bir qadın, yeməyinə zəhər qoyduğundan şübhələndiyi ərini gecə yatarkən yandırıb.

Hafta.az xəbər verir ki, Henry Williams adlı adam polisə ifadəsində Smithin son bir neçə ayda "qəribə" davrandığını söyləyərək münasibətlərində problemlər yaşadığını deyib. Olayın yaşandığı gecə onu tərk edəcəyini ifade etdiyini və bu səbəbdən mübahisə etdiklərini bildirib.

Davadan sonra yatmağa gedən 29 yaşındakı Williams saçlarının yanmasıyla dərhal oyanıb. Qurban yanğını əlləri ilə söndürməyə çalışıb. Bunun ardından üç aylıq qızını da alıb evdən qaçıb.

Sinəsində, əllərində, üzündə və başında ciddi yanıq xəsarətləri olan Williams xəstəxanalıq olub. Polisin araşdırmasından sonra məlum olub ki, şübhəli bir stəkana çaxmaq qazını doldurduqdan sonra ərinin başına tökərək yandırıb. Günahını etiraf edən və ərini öldürmək niyyətinin olmadığını söyləyən Smith həbs edilib.

 

Oxunma sayı 3638