Oqtay Əsədov əhalinin gəlirlərinin artmasından bəhs etdi...

14:32 12.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis sədri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında Azərbaycanda ardıcıl həyata keçirilən islahatların iqtisadi potensialı daha da möhkəmləndirməsindən danışıb.

“Həftə içi” parlament müxbiri xəbər verir ki, spiker  2020-ci ilin büdcə zərflərinin özündə ölkədəki müsbət dəyişiklikləri əks etdirdiyini deyib:

“Ötən 9 ayda ÜDM 2.5 faiz yüksəlib, qeyri-neft sənayesi sürətlə artıb. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də qeyd edildiyi kimi, qeyri-neft sektoru üzrə həyata keçirilən işlər bu sahədə artıma səbəb olub”. Azərbaycanın strateji valyuta ehtiyatlarının 48 milyard dolları ötdüyünü vurğulayan Oqtay Əsədov əhalinin rifah halının yaxşılaşdığını bildirib: “Cari ilin 9 ayında əhalinin gəlirləri 8.9 faiz artıb, inflyasiya 2.6 faiz təşkil edib ki, bu da əhalinin rifah halının daha da yaxşılaşdırıb”.

Siyasət rubrikasından digər xəbərlər