Belçikalı cütlük İspaniya yaxınlığında öz yaxtasında üzərkən 11 qatil balina və ya digər adıyla orkadan ibarət dəstənin hücumuna məruz qalıb.
Hafta.az-ın yazdığına görə, 43 yaşlı Uim Vandenhende və 36 yaşlı Dana Huens Yunanıstandan üzərək vətənə qayıtmaq üçün İspaniyadan keçərkən “qəfildən” qatil balina dəstəsi peyda olub və qayığa hücum edib.
İber orkaları İspaniya və Portuqaliyanın Atlantik okeanı sahillərində Cəbəllütariqdən gələn mavi üzgəcli tuna balıqlarını izləyərkən qayıqlara hücum etməyə başladıqdan sonra şöhrət qazanırlar.
May ayında iki dənizçi yelkənli yaxtasını batırdıqdan sonra balıqçılar neft tankeri tərəfindən xilas edilmişdi. Həmin ay tədqiqatçılar Pireney yarımadası yaxınlığında qatil balinaların qayıqlara çırpılması ilə bağlı təxminən 700 hadisənin sənədləşdirildiyini açıqladılar.
Vandenhende və Huens yaxtaları Amidala ilə Qalisiya sahillərində üzürlərmiş.
Cütlük üç günlük Biskay körfəzindən keçməzdən əvvəl istirahət edərkən qəfil hücum baş verib.
"Bu, çox gözlənilmədən baş verdi, orkalar anidən peyda oldu" deyib Vandenhende “Times”a.
Vandenhende əlavə edi: "Birdən biz güclü bir gurultu hiss etdik, sanki nəyəsə dəymişik. Yan tərəfə baxanda birdən qayığımızın yanında bir qatil balina gördüm. Əlimi uzatsam ona toxuna bilərdim”.
Cütlük üzməyə çalışıb, lakin aqressiv qatil balinaların dəstəsi dəfələrlə yaxtanın sükanına dəyib, onları kömək üçün İspaniya xilasedici qayıqlarını çağırmağa məcbur edib.
Vandenhende, "Bizi daim izləyən və yelkənli qayığımızdan təxminən 30 metr aralıda mühafizəçi kimi görünən bir orka gördük. Bu olduqca qorxulu idi. Daha sonra xilasetmə qruplarının gəlməsini gözləyərkən sakit olmağa və qayıqda edə biləcəyimiz şeylərə diqqət yetirməyə çalışdıq” deyib.
Xilasedici yedək gəmisi gələndən yarım saat sonra orkalar geri qayıdıblar.
Yaxta ciddi zədələnib və yaxın həftələrdə təmir üçün limana aparılacaq.
İspaniya sahilləri yaxınlığında orca hücumlarının artması ilə bağlı suallar qaldırılır.
Beynəlxalq Balina Ovlama Komissiyasının (IWC) elmi komitəsinin sədri, dəniz bioloqu Aleks Zerbini “Vaşinqton Post” qəzetinə deyib ki, “heyvanların davranışlarında onların aqressiv olduğunu göstərən heç bir şey yoxdur. Onlar başa düşmürlər ki, sükanla oynayanda onu zədələyə bilərlər və sükanı zədələmək insanlara təsir edəcək. Bu, qəsdən deyil, onlar oynayırlar", - o deyib.
Kiçik qayıqlara qatil balinalarla qorxulu qarşılıqlı əlaqədən qaçmaq üçün İspaniya və Cəbəllütariq boğazı ətrafındakı sahil xəttini tərk etməmək barədə xəbərdarlıq edilib.