“Azərspace“in buraxılışı üzrə kredit sazişi imzalanıb

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan ölkənin ilk telekommunikasiya peyki olan “Azərspace“in buraxılışının maliyyələşdirilməsi üzrə kredit sazişi imzalayıb. “Azərkosmos“ ASC-nin sədri Rəşad Nəbiyev bildirib. Artıq Fransanın “Sosiete Generale“ və SMBC bankları Fransanın COFASE ixrac-kredit agentliyindən kreditin alınması ilə bağlı danışıqlara başlayıb. “Azerspace“ peykinin istehsal dəyəri 94 milyon manat təşkil edir və bunun 85 faizi kredit kimi Azərbaycana ayrılacaq: “Vəsaitin yerdə qalan 15 faizi isə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
İlk peykin 2012-ci ilin sonunda orbitə çıxarılacağı gözlənilir. “Azerspace“ peykinin istehsalçısı qismində ABŞ-ın “Orbital Sciences Corporation“ şirkəti çıxış edir. Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək“.