Ötən gün vətəndaşlardan silahlar götürülüb

10:38 30.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüblər.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 30 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 729 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.