Son bir həftə ərzində Braziliya Amazonlarında 100-dən artıq ölü delfin tapılıb. Braziliyanın Elm, Texnologiya və İnnovasiya Nazirliyinin maliyyələşdirdiyi Mamiraua İnstitutundan verilən açıqlamada ölü delfinlərin hamısının Tefe gölündə tapıldığı bildirilib.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, açıqlamada son bir həftədə bölgədə 100-dən çox delfinin ölməsinin "qeyri-adi" olduğu vurğulanıb və mütəxəssislərin bu hadisəni quraqlıq və Tefe gölündəki suyun temperaturunun bəzi yerlərdə 39 dərəcəni keçməsi ilə əlaqələndiriblər.
Mamiraua İnstitutunun tədqiqatçısı Andre Koelyo verdiyi açıqlamada bölgədəki delfinlərin başqa çaylara köçürülə biləcəyini, lakin bunun çox da təhlükəsiz olmadığını bildirib. "Heyvanları vəhşi təbiətə buraxmazdan əvvəl suda toksinləri və ya virusları aşkar etmək vacibdir" deyib Koelyo.
Səlahiyyətlilər xəbərdarlıq edib ki, yaxın bir neçə həftə ərzində delfinlərin ölümünə səbəb ola biləcək şiddətli quraqlıq gözlənilir.
“El Nino” hava hadisələrinin yaratdığı quraqlıqla mübarizə aparan Amazon tropik meşələrində əhəmiyyətli dərəcədə yağış çatışmazlığı yaşanır. Hətta bunun Braziliyanın Amazon meşələrində yaşayan 500 min insana mənfi təsir göstərə biləcəyi deyilir.
Amazonda quraqlıq, iqlim dəyişikliyi və ekoloji problemlərlə bağlı hər fürsətdə açıqlamalar verən dövlət naziri Luiz İnasio Lula da Silvanın bölgəyə 20 milyon dollar yardım edəcəyi açıqlanıb.