Əməkdaşımız Təbriz Vəfalı diploma və pul mükafatına layiq görüldü

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı KİV nümayəndələri arasında “Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər“ mövzusunda elan etdiyi müsabiqəni yekunlaşdırıb. Dünən Beynəlxalq Mətbuat Mərkəzində müsabiqənin nəıticələrilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin məsul əməkdaşları və KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və mətbuat katibi Abbas Əliyev Azərbaycanın iqtisadi uğurlarından danışdı. Natiq çıxışında əldə olunmuş iqtisadi uğurlarda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan prezidenti Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğuladı. Bundan sonra təbdir iştirakçılarına Azərbaycanın iqtisadi uğurlarında bəhs edən sənədli film nümayiş etdirildi. Sonra çıxış üçün söz İqtisadi İnkişaf Nazirliyinin apparat rəhbəri və adıçəkilən nazirliyin müsabiqə komissiyasının sədri Samir Vəliyevə verildi. Onun sözlərinə görə, sözügedən komissiyaya yerli qəzetlərin, informasiya agentliklərinin, televiziyaların əməkdaşlarının 30-dan artıq işi təqdim olunmuşdu: “Bir ay ərzində nazirlik yanındakı komissiya bu işlərin qiymətləndirilməsini aparıb. Təqdim olunan işlərin keyfiyyətinin yüksək olması ilə əlaqədar mükafat yerlərinin sayı 10-dan 14-dək artırılıb. Biz birinci yerə 1 nəfər olmaqla 500, ikinci yerə 2 nəfər olmaqla hər biri üçün 400, üçüncü yerə isə 3 nəfər olmaqla hər biri üçün 300, 8 nəfərə isə hər biri üçün 150 manat həvəsləndirici mükafat təyin etmişik“. Çıxışlardan sonra S.Vəliyev qalib gələn jurnalistlərə diplom və pul mükafatı təqdim edib. Həvəsləndirici mükafat alanlar sırasında “Həftə içi“ qəzetinin əməkdaşı Təbriz Vəfalı da var.
Təbriz Vəfalı