Ötən ilin 11 ayında muzdla çalışanların əməkhaqqı 623,1 manat olub

17:46 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4 faiz artaraq 623,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3059,7 manat, qeyri-neft-qaz sektorunda 568 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.