Ötən sutka ərzində iki nəfər xilas edilib - FHN

12:46 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 19 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 2 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla iki nəfər xilas edilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Oxunma sayı 24