Pakistan-Hindistan sərhədində atışma: mülki vətəndaşlar həlak olub

15:31 19.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan-Hindistan sərhədində növbəti atışma baş verib. İki mülki Pakistan vətəndaşı həlak olub. 

Hafta.az xarici KİV-lərə istinadla xəbər verir ki, bir nəfər də yaralanıb.

Pakistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Nazirliyə çağırılan hindistanlı diplomata hadisənin regional sülhə təhdid olduğu bildirilib.