Parçalanmış qadın meyiti tapılıb

12:00 22.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlanıb.

Hafta.az-ın məlumatına görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsində həyətlərin birində üzərində xəsarətlər olan qadın meyidi tapılıb.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs ev sahibi, 1947-ci il təvəllüdlü Şəfiqə Məmmədhəsən qızı Əsədovadır.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın bir neçə gün əvvəl yaşadığı evin həyətində yıxılaraq xəsarət alıb və alddığı xəsarətlərdən ölüb.