Parisdə Çempionlar Liqasının finalında 70-ə yaxın şəxs saxlanılıb 

09:39 29.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa polisi Parisdə UEFA Çempionlar Liqasının finalında "Real Madrid" ilə "Liverpul" klubları arasında oyunu zamanı 68 nəfəri saxlayıb.

Hafta.az-ın məlumatına görə, bu barədə "BFM TV" telekanalı xəbər verib.

Məlumata əsasən, həmin şəxslər “Stad de Frans” stadionunun yaxınlığında, eləcə də hər iki fan zonada saxlanılıb. Qarşıdurma zamanı 200-dən çox insan yüngül xəsarət alıb, onlara yerindəcə tibbi yardım göstərilib.

 

Xəbər verildiyi kimi, iğtişaşlar matç başlamazdan əvvəl başlayıb və bu səbəbdən oyun 37 dəqiqə gec başlayıb.

Oxunma sayı 117