“Paşinyan Amulsar yatağının istismarını dayandırsa beynəlxalq təzyiqlə qarşılaşacaq” – Azər Badamov

13:14 11.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanda Amulsar qızıl mədəni ilə bağlı etirazlar artmaqdadır. Mədənin istismara verilməsi Ermənistanda çayları və Sevan (Göyçə gölü – red.) gölünü çirkləndirməklə böyük ekoloji faciə yaşadacaq. Amma bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi “Lydian” şirkəti ilə müqavilə bağlayaraq mədənin istismarına davam etmək niyyətindədir. Burda bir sual meydana gəlir. Nəyə görə Paşinyan hökuməti mədəndə işin davam etməsinə israrlıdır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Azər Badamovun fikrincə, birincisi ona görə ki, Ermənistan iqtisadiyyatına böyük gəlir gətirəcək ayrı mənbə yoxdur. Amulsar mədənin istismarı Ermənistanın ÜDM-də 185 milyon dollar artıma gətirməlidir: “Təbii ki, iqtisadiyyatı çökmüş iflas içində yaşayan Ermənistan üçün bu çox böyük məbləğdir və bundan imtina etmək istəmir. İkincisi isə Ermənistan hökuməti mədənin istismarı ilə bağlı Lydian beynəlxalq şirkəti ilə müqavilə imzalayıb və lisenziya verilib. Əgər Ermənistan hökuməti bu şirkətə vermiş lisenziyanı ləğv edərsə beynəlxalq təzyiqlə üzləşəcək və məhkəmələrdə Ermənistanı böyük məbləğdə cərimə gözləyir”.

Millət vəkilinin sözlərinə görə, eyni zamanda, bir beynəlxalq investora qarşı göstərilmiş ədalətsiz yanmaşma Ermənistana investisya qoymuş digər şirkətlərdə də etibarsız məkan fikiri formalaşdıracaq: “Həm də lisenziyanın ləğvi Ermənistan ABŞ münasibətlərinə xələl gətirəcək. Beləliklə, Paşinyan başını itirib nə edəcəyini bilmir. Əgər Amulsar yatağının istismarını dayandırsa beynəlxalq təzyiqlə qarşılaşacağı və böyük iqtisadi itkilərlə qarşılaşacağı gözlənilir. Əgər icazə verilsə ölkə daxili siyasi gərginləşəcəkdir.  Təbii ki, bütün bunlar Ermənistanın gələcək perespektivində yaxşı heç nə vəd etmir”.

Qeyd edək ki, Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olub.

Siyasi hakimiyyət Amulsarın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edəcəyini, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyini iddia edir.  Müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri bununla razılaşmır.

Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir.

 

Siyasət rubrikasından digər xəbərlər