Paşinyan bu dəfə də etirazların qarşısını alacaq və iqtidarda qalacaq...-  Analitik

18:46 21.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Hazırda Ermənistan uğrunda dunyanın super gücləri mübarizə aparır. Əsasən də Paris və Vaşınqton Paşinyanı öz yanlarında görmək istəyir. Kreml bundan bərk narahatdır. Son zamanlar isə Putin rejimi Azərbaycan-Ermənistan yaxınlaşmasından, xüsusən də bunun Qərbin vasitəçiliyi ilə olmasından çox narahat olur. Ona görə də Moskva Ermənistanda özünə bağlı siyasi qüvvələrin əliylə mitinqlər təşkil edir”. 

Bu fikirləri beynəlxalq siyasi analitik Teymur Qasımlı  hafta.az əməkdaşının “Ermənistanda Paçınyana qarşı “müqavimət hərəkatı”nın sonu necə bitəcək, sizcə?” sualını cavablandırarkən ifadə edib.

“Rusiya hakimiyyəti mitinqləri Paşinyanın tamamilə Qərbə tərəf yönlənməsinin qarşısını almaq üçün onu daim təzyiq altında saxlamaq məqsədi ilə təşkil edir. Kreml bilir ki, Paşinyanı devirə bilməyəcək. Paşinyan isə iqtidarda qalmaq üçün Qərb və Moskva arasında ustaliqla manevrlər edir. 44 günlük savaşda Azərbaycanın qələbəsi nəticəsində imzalanmaış 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan sonra Ermənistanda kütləvi aksiyalar çox olub, hətta ordunun baş qərargah rəisi belə, üsyan qaldırıb. Ancaq sonda həmin aksiyaların hamısı uğursuzluqla nəticələnib və Paşinyan qalib gəlib. Odur ki, hesab edirəm ki,  Paşinyan bu dəfə də baş verən siyasi etiraz aksiyalarının qarşısını alacaq və iqtidarda qalacaq...”-deyə analitik vurğulayıb.

Oxunma sayı 135
Siyasət rubrikasından digər xəbərlər