“Baku Jazz Festival-2011“ layihəsinə start veriləcək

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 15-dən 29-a qədər Bakıda “Beynəlxalq Caz Festivalı-2011“ keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production“ şirkətinin dəstəyi ilə keçirilir. Həmişəki kimi bu dəfə də festival bütün dünyadan caz musiqiçilərini bir yerə toplayacaq. Paytaxtın müxtəlif yerlərində keçiriləcək festival bütün Zaqafqaziyada ən qlobal festival olacaq. Festivalda azərbaycanlı caz ustaları ilə yanaşı, “De Phazz“ alman bendi, “Jazzanova“, Reyçel Ferell, Rudresh Mahahthappa, Ben Westbeech və Sonny Emory kimi kollektivlər, xarici nümayəndələr də çıxış edəcəklər. Bir sözlə, müasir caz çoxobrazlılığı ilə təqdim olunacaq. Qeyd edək ki, festivalın 20 oktyabr -“Aleksandr Maşin və dostları“ caz-brendinin konserti ilə bağlanacağı nəzərdə tutulub.
Nərgiz Çingizqızı