Paşinyan mühafizə xidmətinin rəisini işdən çıxardı

16:56 23.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Milli Təhlükəsizlik Xidməti Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqori Ayrapetov sabiq prezident Robert Köçəryana qarşı ifadə verməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.

Bu barədə yerli “Past” qəzeti xəbər yayıb.

Qəzetin məlumatı ötürən hakimiyyətdəki mənbəsi bildirib ki, Q.Ayrapetov 2001-ci ildə “Araqast” kafesində Poqos Poqosyanın öldürülməsi ilə bağlı işin açılması ilə əlaqədar vəzifəsindən azad olunub. Mənbə iddia edir ki, Ayrapetova təklif ediblər ki, o vaxt baş verənləri “xatırlasın” və Poqosyanı döymək göstərişini Robert Köçəryanın verdiyi barədə ifadə versin. Ancaq Ayrapetov bu cür ifadə verə bilməyəcəyini söyləyərək, bunun həqiqətə uyğun olmadığını bildirib. Cavab olaraq ona, yeni hakimiyyətin onunla yaxşı rəftar etdiyini və general rütbəsi verdiyini xatırladıblar.
Q.Ayrapetov isə onu siyasi zir-zibillərə qatmamağı xahiş edib və ifadə verməkdən yanə imtina edib. Aydınlaşdıqdan sonra ki, onun əleyhinə heç bir kompromat yoxdur, xəbərdarlıq etmədən vəzifədən azad olunması barədə fərman imzalayıblar.