Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə toplayır

13:18 19.09.2020 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsün müəllifi Anna Akopyan növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir.

Hafta.az-ın Ermənistan KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin köməyi ilə keçirləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaşlı qadınlar A.Akopyanın saytına müraciət edə biləcəklər.

Təlim detallarının gizli saxlanılması üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Təlimlərdən sonra iştirakçılar imtahan verərək xidmətlərini davam etdirəcəklər.

Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək.

Oxunma sayı 1831
Siyasət rubrikasından digər xəbərlər