“Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalçı olduğunu bir daha sübut edir” – Eldəniz Səlimov

11:29 08.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalçı olduğunu bir daha sübut edir. Dünyanın heç bir ölkəsi Dağlıq Qarabağın “müstəqilliyini”  tanımır, onu yalnız Azərbaycanın sərhədləri daxilində tanıyırlar”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Millət vəkili bildirib ki, Qoşulmama Hərakatında iştirak edən 120 dən çox ölkənin rəhbərlərinin imzası ilə verilən bəyanatla bir daha Azərbaycanın ərazi bütövlüyü tanındı: “Ermənistanın növbəti dəfə işağalçılıq siyasəti yürütdüyünü dünya növbəti dəfə pislədi. Ermənistan daxilində vəziyyət getdikcə ağırlaşdığından Nikol Paşinyanın nüfuzuda azalır. Xalqın qəzəbi artır. Vəziyyəti yumşaltmaq üçün sərsəm bəyanatlar yaymaqla vəziyyəti bərpasına çalışır. Son vaxtlar dünya ölkələridə başa düşür ki, Paşinyan hiyləgər və faşist təfəkkürlü yarımçıq siyasətçidir”.

Siyasət rubrikasından digər xəbərlər