Paşinyanın xanımı birbaşa böyük siyasətə gəlir?

17:53 31.01.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçirdiyi mətbuat konfransında xanımı Anna Akopyanın seçkidə hakim “Vətəndaş sazişi” (“VS”)partiyasınən seçki siyahısına başçılıq etməyə hazırlanıb-hazırlanmaması ilə bağlı sualı cavablandırıb.

Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.

"”VS”-nin bütün seçki siyahıları müəyyən demokratik qaydada formalaşır və 2026-cı il üçün də proporsional siyahı partiya konfransında nümayəndələrin səsverməsi nəticəsində formalaşacaq və bu, partiyamız üçün yeni deyil.  Partiyanın nizamnaməsi belədir ki, seçkilər müntəzəm olarsa, bunu konfrans seçir. Əgər fövqəladə məsələ olarsa, idarə heyəti təsdiq edir. Əvvəla, onu deyim ki, Anna Akopyan “VS” üzvü deyil. O, partiyaya üzv olmaq qərarına gəlsə, Şura digər müraciətlər kimi həmin ərizəyə də baxacaq”, -deyə Baş nazir qeyd edib.